Главная > İdman > Renat Dadaşov "Hatayspor"da növbəti oyununu keçirib

Renat Dadaşov "Hatayspor"da növbəti oyununu keçirib


30-09-2023, 14:40. Разместил: azadses
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Hatayspor" klubunda növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Volkan Dəmirəlin baş məşqçi olduğu komanda Superliqanın VII turunda "Sivasspor"un qonağı olub.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Dadaşov 59-cu dəqiqədə Karlos Strandberqin əvəzinə meydana daxil olub.

Qeyd edək ki, "Hatayspor" hazırda 11 xalla 4-cü pillədə qərarlaşıb.


Вернуться назад