Главная > İdman > Azərbaycan Premyer Liqasında rəqiblərinə qarşı dominantlıq edən klubların siyahısı açıqlanıb

Azərbaycan Premyer Liqasında rəqiblərinə qarşı dominantlıq edən klubların siyahısı açıqlanıb


27-09-2023, 17:00. Разместил: azadses
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) rəqiblərinə qarşı ən çox üstünlük əldə edən futbol klublarının siyahısını açıqlayıb.

"Report" CİES-in rəsmi saytına istinadən xəbər verir ki, 69 çempionatın yer aldığı cədvələ Azərbaycan Premyer Liqası da salınıb.

"Qarabağ" yarışda rəqiblərinə qarşı ən çox dominantlıq edən komandadır. "Köhlən atlar"ın ümumi əmsalı 1,88-ə bərabərdir.

Təhlil sentyabrın 15-dək olan oyunlar üçün nəzərdə tutulub. "Qarabağ", "Sabah", "Qəbələ" və "Sumqayıt"ın 6, digərlərinin 7 oyunu araşdırılıb.

Bundan əlavə, "Qarabağ" 1,88 əmsalla ümumi sıralamada 39-cu pillədə göstərilib.

Azərbaycanda rəqiblərinə qarşı ən çox üstünlük əldə edən klublar:

1. "Qarabağ" - 1,88 əmsal (qapıya zərbələr - 1,82; cərimə meydançasından zərbələr - 2,09; uğurlu ötürmələr - 1,70; rəqibin cərimə meydançasından ötürmələr - 1,92).

2. "Sabah" - 1,47 əmsal (qapıya zərbələr - 1,26; cərimə meydançasından zərbələr - 1,71; uğurlu ötürmələr - 1,65; rəqibin cərimə meydançasından ötürmələr - 1,27).

3. "Neftçi" - 1,26 əmsal (qapıya zərbələr - 1,06; cərimə meydançasından zərbələr - 0,92; uğurlu ötürmələr - 1,45; rəqibin cərimə meydançasından ötürmələr - 1,61).

4. "Qəbələ" - 1,24 əmsal (qapıya zərbələr - 1,28; cərimə meydançasından zərbələr - 1; uğurlu ötürmələr - 1,25; cərimə meydançasından ötürmələr - 1,44).

5. "Sumqayıt" - 1,03 əmsal (qapıya zərbələr - 0,76; cərimə meydançasından zərbələr - 0,92; uğurlu ötürmələr - 1,24; rəqibin cərimə meydançasından ötürmələr - 1,20).

6. "Araz-Naxçıvan" - 0,92 əmsal (qapıya zərbələr - 1,08; cərimə meydançasından zərbələr - 1,31; uğurlu ötürmələr - 0,57; rəqibin cərimə meydançasından ötürmələr - 0,72).

7. "Turan Tovuz" - 0,89 əmsal (qapıya zərbələr - 1,01; cərimə meydançasından zərbələr - 1,10; uğurlu ötürmələr - 0,65; rəqibin cərimə meydançasından ötürmələr - 0,79).

8. "Kəpəz" - 0,81 əmsal (qapıya zərbələr - 0,99; cərimə meydançasından zərbələr - 0,75; uğurlu ötürmələr - 0,69; rəqibin cərimə meydançasından ötürmələr - 0,80).

9. "Zirə" - 0, 78 əmsal (qapıya zərbələr - 0,69; cərimə meydançasından zərbələr - 0,69; uğurlu ötürmələr - 0,95; rəqibin cərimə meydançasından ötürmələr - 0,77).

10. "Səbail" - 0,61 əmsal (qapıya zərbələr - 0,66; cərimə meydançasından zərbələr - 0,55; uğurlu ötürmələr - 0,73; rəqibin cərimə meydançasından ötürmələr - 0,48).


Вернуться назад