Главная > İdman > İtaliya A Seriyasının bombardiri klubundan ayrıla bilər

İtaliya A Seriyasının bombardiri klubundan ayrıla bilər


27-09-2023, 11:12. Разместил: azadses
İtaliyanın "Napoli" klubu Viktor Osimhenlə yollarını ayıra bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Neapol təmsilçisinin rəhbərliyi ilə münaqişə yaşayır.

Nigeriyalı forvard "Napoli"dəki karyerasına aid fotoşəkillərin əksəriyyətini sosial şəbəkə hesabından silib. Yalnız milli komanda və əvvəlki klublarla bağlı şəkilləri saxlayıb.

Qeyd edək ki, Viktor Osimhen 2022/2023 mövsümündə "Napoli" ilə İtaliya çempionu olub. O, komandada bütün yarışlarda 39 oyuna 31 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Klubla 2025-ci ilin yayına qədər müqaviləsi olan hücumçu ötən mövsüm A Seriyasının bombaridi də olub.


Вернуться назад