Главная > İdman > Azərbaycan parataekvondo millisi dünya çempionatında 3-cü yeri tutub

Azərbaycan parataekvondo millisi dünya çempionatında 3-cü yeri tutub


25-09-2023, 08:00. Разместил: azadses
Azərbaycan parataekvondo millisi Meksikanın Verakrus ştatında keçirilən dünya çempionatında 3-cü yeri tutub.

“Report” xəbər verir ki, mundiala üç idmançı ilə yollanan yığma 2 medal qazanıb.

İmaməddin Xəlilovun (70 kq, K-44) çempionluğundan sonra Əbülfəz Abuzərli (80 kq, K-44) də fəxri kürsüyə yüksəlib. O, yarımfinalda məğlub olaraq, yarışı bürünc medalla başa vurub.


Вернуться назад