Главная > İdman > Böyük Dəbilqə: Azərbaycanın daha 10 cüdoçusu mübarizəyə başlayır
Böyük Dəbilqə: Azərbaycanın daha 10 cüdoçusu mübarizəyə başlayır24-09-2023, 11:10. Разместил: azadses |
Azərbaycanın daha 10 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq. "Report"un məlumatına görə, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində Murad Fətiyev, Elcan Hacıyev, Əjdər Bağırov, Musa Hüseynli, 100 kq-da Ruslan Nəsirli, Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə isə İmran Yusifov, Rəşid Məmmədəliyev, Uşangi Kokauri və Ramazan Əhmədov tatamiyə çıxacaq. 90 kq Murad Fətiyev - Srcan Mrvalyeviç (Monteneqro) Elcan Hacıyev - Aleksandr Sidoruk (İJF) Əjdər Bağırov - Yermakhan Anuarbekov (Qazaxıstan) Musa Hüseynli - Yahor Varapayev (İJF)/Aleks Kret (Rumıniya) cütünün qalibi 100 kq Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya) Zelim Kotsoyev - Matias Madsen (Danimarka) +100 kq İmran Yusifov - Kamzat Saparbayev (Fransa) Rəşid Məmmədəliyev - Juscelino Nasimento (Braziliya) Uşangi Kokauri - Karl Stefansson (İslandiya)/Joao Kesarino (Braziliya) Ramazan Əhmədov - Tamerlan Başayev (İJF) Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) isə gümüş medal əldə edib. Вернуться назад |