Главная > İdman > Azərbaycan Basketbol Federasiyası qadınlardan ibarət milliyə baş məşqçi axtarır

Azərbaycan Basketbol Federasiyası qadınlardan ibarət milliyə baş məşqçi axtarır


21-09-2023, 17:51. Разместил: azadses
"Hələlik qadınlardan ibarət millinin baş məşqçisi yoxdur. Bu yöndə axtarışlar davam edir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev deyib.

Federasiya rəsmisi AVRO-2025-in seçmə mərhələsi üçün komandanın formalaşacağını bildirib: "3x3 basketbolu üzrə "Neftçi" klubunun üzvləri Dina Ulyanova və Aleksandra Molenhauerin Azərbaycan pasportu var. Heyətdə onlar da yer ala bilərlər. Böyük ehtimalla bir milliləşdirilmiş oyunçu da cəlb ediləcək. Yaxın günlərdə, toplanışa başlamamışdan əvvəl bütün suallara aydınlıq gələcək. Məşqçi gəldikdən sonra hansı mövqeyə istəsə, legioner oyunçu dəvət olunacaq".

Əliyev yığmanın seçmə mərhələdəki rəqiblərindən də danışıb: "Qrupumuzdakı ən güclü rəqib Belçika millisidir. Onlar son Avropa çempionudurlar. Qrupun və ümumilikdə turnirin favoritləridirlər. Digərləri isə Belçikaya görə zəif, bizə nisbətdə güclü kollektivlərdir".

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində Belçika, Litva və Polşa ilə birlikdə C qrupunda mübarizə aparacaq. Qarşılaşmalar noyabrda start götürəcək.
Вернуться назад