Главная > İdman > "Neftçi" Bakıda "Zenit"lə yoldaşlıq oyunu keçirəcək

"Neftçi" Bakıda "Zenit"lə yoldaşlıq oyunu keçirəcək


15-09-2023, 15:30. Разместил: azadses
Rusiyanın "Zenit" klubu Bakıda "Neftçi" ilə yoldaşlıq oyunu keçirəcək.

Bu barədə "Report"a “ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, qarşılaşmanın noyabrda təşkili planlaşdırılır. Klub rəsmisi hələlik danışıqların davam etdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, "Neftçi" yayda Sankt-Peterburqda təşkil olunan "Matç TV" turnirində "Zenit"lə yanaşı, Serbiyanın "Srvena Zvezda" və Türkiyənin "Fənərbağça" komandaları ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi daha sonra Moskva "Spartak"ı ilə yoxlama görüşü keçirib.


Вернуться назад