Главная > İdman > “Sabah” basketbol klubu Serbiyada ilk qələbəsini qazanıb

“Sabah” basketbol klubu Serbiyada ilk qələbəsini qazanıb


14-09-2023, 20:20. Разместил: azadses
Serbiyada təlim-məşq toplanışında olan “Sabah” basketbol klubu yoldaşlıq görüşləri çərçivəsində ilk qələbəsini qazanıb.

“Report”un məlumatına görə, Azərbaycan çempionu yerli “OKK Belqrad”ı üstələyib.

Belqradda baş tutan matç “Sabah”ın 97:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Sabah” ilk iki yoxlama oyununda Serbiya klubları “Vrsac”a 57:62, “Radniçki”yə isə 81:82 hesabı ilə məğlub olub.


Вернуться назад