Главная > İdman > Almaniya millisi baş məşqçisi ilə yollarını ayıra bilər

Almaniya millisi baş məşqçisi ilə yollarını ayıra bilər


6-09-2023, 14:33. Разместил: azadses
Futbol üzrə Almaniya millisi baş məşqçi Hans-Diter Flik ilə yollarını ayıra bilər.

"Report" "Sport Bild" nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssisin taleyi sentyabrda baş tutacaq yoldaşlıq görüşlərindən sonra bəlli olacaq.

Komanda Yaponiya və Fransa ilə qarşılaşmalarda pis nəticə əldə etsə, Flik istefaya göndəriləcək. Yığma daha əvvəl Ukrayna ilə heç-heçə (3:3) edib, Polşaya 0:1, Kolumbiyaya isə 0:2 hesabı ilə uduzub.

Bu posta əsas namizədlər isə Yulian Naqelsman, Oliver Qlasner və Mattias Zammerdir.

Qeyd edək ki, Almaniya millisi sentyabrın 9-da Yaponiya, üç gün sonra isə Fransa ilə üz-üzə gələcək.


Вернуться назад