Главная > İdman > Avropa Liqası: “Hakken” iştirak ərizəsini UEFA-ya təqdim edib
Avropa Liqası: “Hakken” iştirak ərizəsini UEFA-ya təqdim edib5-09-2023, 17:00. Разместил: azadses |
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən İsveç “Hakken”i iştirak ərizəsini UEFA-ya təqdim edib. “Report”un qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Per Matias Höqmo qrupda 30 futbolçunun xidmətindən yararlanacaq. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 9-u isə hücumçudur. Heyətdə yer alan oyunçulardan 5-i B siyahısında göstərilib. Onlardan ikisinin hansı nömrə altında çıxış edəcəyi göstərilməyib. Qapıçılar: 1. Yohan Brattberq, 26. Peter Abrahamsson, 30. Sebastian Banoziç. Müdafiəçilər: 7. Yakob Barrett Laursen, 3. Yohan Hammar, 4. Franklin Tebo Uçenna, 5. Even Hovland, 12. Valqeir Lunddal Fridriksson, 13. Simon Sandberq, 15. Kadir Hodziç, 21. Tomas Totland. Yarımmüdafiəçilər: Oskar Ruuska, 8. Abdulrazaq İshaq, 11. Samuel Qustafson, 14. Simon Qustafson, 16. Pontus Dahbo, 18. Mikkel Riqaar, 22. Tobias Sana, 27. Romeo Amane, 35. Siqqe Yansson, 39. İsak Brusberq. Hücumçular: Anomnaçi Çidi, 9. Ola Kamara, 10. Ali Yussef, 19. Srcan Hrstiç, 23. Momodu Sonko, 24. Amor Layuni, 29. Filip Trpçevski, 33. Yon Pol Dembe, 37. İbrahim Sadiq. Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək. “Hakken” II tur çərçivəsində oktyabrın 5-də “Qarabağ”ı qəbul edəcək. Вернуться назад |