Главная > İdman > Azərbaycan millisinin cüdoçusu karyerasını bitirib: “Motivasiyam qalmamışdı”

Azərbaycan millisinin cüdoçusu karyerasını bitirib: “Motivasiyam qalmamışdı”


29-08-2023, 18:30. Разместил: azadses
Azərbaycan millisinin cüdoçusu Orxan Səfərov karyerasını bitirib.

Bu barədə “Report”a Avropa çempionu özü məlumat verib.

32 yaşlı idmançı bunu zədələrlə əlaqələndirib: “Son vaxtlar zədələrim çox olurdu. Demək olar ki, hər ay əzilirdim, yarışlara qatıla bilmirdim. Motivasiyam qalmamışdı, buna görə də karyeramı bitirmək qərarına gəldim”.

Cüdoçu məşqçiliyin sirlərini öyrənmək barədə düşündüyünü söyləyib: “Federasiyada fəaliyyətim davam edir. Akademiyada oxumalı, məşqçi kurslarını keçməliyəm. Birbaşa məşqçiliyə başlamaq istəmirəm, əvvəlcə savadımı artırmağı düşünürəm. Çünki idmançı olmaqla məşqçi olmaq fərqlidir”.

Qeyd edək ki, Orxan Səfərov 66 kq çəki dərəcəsində 2020-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatının qalibi olub. O, dünya çempionatının gümüş və bürünc mükafatını qazanmaqla yanaşı, 3 dəfə “Böyük Dəbilqə” turnirinin, 1 dəfə isə İslam Həmrəyliyi Oyunlarının qızıl medalına yiyələnib. O.Səfərov Rio-2016 Yay Olimpiya Oyunlarında 5-ci yeri tutub.


Вернуться назад