Главная > İdman > "Neftçi" Debretsen mərhələsində 1/4 finala yüksəlib - YENİLƏNİB

"Neftçi" Debretsen mərhələsində 1/4 finala yüksəlib - YENİLƏNİB


27-08-2023, 21:55. Разместил: azadses
Macarıstanda təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsinin qrup oyunları davam edir.

"Report" xəbər verir ki, "Neftçi" qrupun sonuncu oyununda ABŞ-ın U-24 millisi ilə üz-üzə gəlib.

Rəqibini 21-9 hesabı ilə məğlub edən komanda qrup lideri kimi 1/4 finala yüksəlib.

"Neftçi" nin 1/4 final oyunu, sabah Bakı vaxtı ilə saat 21:10-da D qrupunu ikinci sırada tamamlamış kollektivə qarşı baş tutacaq.

15:16
Macarıstanda təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsinin qrup oyunlarına start verilib.

"Report" xəbər verir ki, "Neftçi" ilk qrup oyununda Ukrayna millisi ilə üz-üzə gəlib və rəqibini 22:6 hesabı ilə məğlub edib.

"Neftçi" nin qrupdakı sonuncu oyunu Bakı vaxtı ilə saat 16:40-da ABŞ-ın U-24 seçməsinə qarşı baş tutacaq.


Вернуться назад