Главная > İdman > Dünya çempionatı: Azərbaycanın cüdo millisi Yunanıstan yığması ilə üz-üzə gələcək

Dünya çempionatı: Azərbaycanın cüdo millisi Yunanıstan yığması ilə üz-üzə gələcək


27-08-2023, 10:23. Разместил: azadses
Bu gün Xorvatiyada keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatına yekun vurulacaq.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, sonuncu gündə komandalararası yarış baş tutacaq.

Azərbaycan millisi 1/8 finalda Yunanıstan ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığma fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.


Вернуться назад