Главная > İdman > Dünya çempionatı: Azərbaycanın daha beş cüdoçusu mübarizəyə başlayır
Dünya çempionatı: Azərbaycanın daha beş cüdoçusu mübarizəyə başlayır24-08-2023, 14:17. Разместил: azadses |
Bu gün Azərbaycanın daha beş yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq. "Report"un Zaqrebə ezam olunmuş əməkdaşının məlumatına görə, oğlanlarda 60 kq çəki dərəcəsində Məhəmməd Musayev, 66 kq-da isə Əbil Yusubov və Cəsur İbadlı tatamiyə çıxacaq. Qızlarda isə 48 kq-da Vüsalə Hacıyeva ilə 52 kq-da Xədicə Qədəşova qüvvəsini sınayacaq. 60 kq Məhəmməd Musayev - Amsar Camaldinov (Belçika) - Rozga Rozqa (Xorvatiya) cütünün qalibi 66 kq Əbil Yusubov - Mişiqtoqo Tsedendamba (Monqolustan) - Razmik Qaltsyan (Ermənistan) cütünün qalibi Cəsur İbadlı - Aqustin Ledesma (Paraqvay) 48 kq Vüsalə Hacıyeva - Malek Othmeni (Tunis) - Klaudia Pla Belmonte (İspaniya) cütünün qalibi 52 kq Xədicə Qədəşova - Mina Qaciç (Serbiya) Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələnib. Вернуться назад |