Главная > İdman > Avropa birinciliyi: Azərbaycanın iki boksçusu minimum bürünc medalı təmin edib

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu minimum bürünc medalı təmin edib


22-08-2023, 14:28. Разместил: azadses
Azərbaycan millisinin iki üzvü Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində minimum bürünc medalı təmin edib.

Boks Federasiyasından “Report”a verilən məlumata görə, onlar 1/4 final mərhələsinin ilk günündə rinqdən qalib ayrılıblar.

Boks Federasiyasının İdarə Heyətinin üzvü, yığmanın baş məşqçisi Rövşən Hüseynovun rəhbərlik etdiyi komandada İsmayıl Vəliyev (70 kq) italiyalı Françesko di Palmo ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 4:0 (30:27, 29:28, 29:28, 28:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.

Onun uğurunu Səftər Məmmədzadə (90 kq) də davam etdirib. Batu Basla (Türkiyə) qarşılaşan təmsilçimiz ikinci raundda tam üstünlüklə qalib gəlib.

Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, 1/4 finalın ikinci günündə Toğrul Quliyev (57 kq), Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinal üçün mübarizə aparacaqlar.


Вернуться назад