Главная > İdman > İranlı idmançı dünya çempionatında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

İranlı idmançı dünya çempionatında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb


20-08-2023, 21:53. Разместил: azadses
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında qadınlar arasında 10 metr məsafəyə tüfəngdən atəş açmada 5-ci yeri tutan İran millisinin üzvü Şermineh Çehel Amirani 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"Report"un məlumatına görə, o, pnevmatik tüfəngdən atəş açma yarışlarında bu uğura imza atan ilk iranlı idmançı olub.

Şermineh Çehel Amirani çox məmnun olduğunu deyib: "Həqiqətən çox gözəl təcrübə oldu. Həyəcanlıyam, nə deyəcəyimi bilmirəm. Çıxışımdan razıyam. Yarış əsnasında yalnız uğur haqda düşünürdüm. Amma yarışdan əvvəl Parisə lisenziyanı xəyal edirdim”.

İranlı idmançı mundial və təşkilatçılıq barədə yüksək fikirdə olduğunu gizlətməyib:

“Azərbaycana ilk səfərimdir. Burada gördüklərimdən məmnunam. Təhlükəsizlik yüksək səviyyədədir. Heç bir problem yoxdur. Narahatlığımız yoxdur, hər şey yüksək səviyyədə təşkil olunub. Açığı, Bakını gəzməyə elə də çox vaxtım olmayıb. Tez-tez Azərbaycan mətbəxinə müraciət edirik. Yeməkləri çox dadlıdır. Buranın təbiəti də çox gözəldir”.

Bakıda keçirilən Atıcılıq üzrə 53-cü Dünya Çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən geniş idman tədbiridir. Tədbirdə dünyanın 100-dən artıq ölkəsindən 2 minədək idmançı və nümayəndə iştirak edir.


Вернуться назад