Главная > İdman > Dünya çempionatı: Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb

Dünya çempionatı: Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb


20-08-2023, 14:27. Разместил: azadses
Final mərhələsi 2024-cü ildə Özbəkistanda təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunda keçiriləcək Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb.

“Report” xəbər verir ki, sentyabrın 20-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou (hamısı Kipr).

Hakim-inspektor: Sebastian Stauicki (Polşa).

UEFA nümayəndəsi: Avi Levi (İsrail).


Вернуться назад