Главная > İdman > DÇ-2024: Azərbaycan millisinin elit raunddakı ilk oyununun təyinatları açıqlanıb

DÇ-2024: Azərbaycan millisinin elit raunddakı ilk oyununun təyinatları açıqlanıb


19-08-2023, 15:12. Разместил: azadses
Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit raundunda səfərdə Rumıniya seçməsinə qarşı keçirəcəyi oyunu üçün təyinatlar müəyyənləşib.

"Report"un məlumatına görə, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşdə Admir Zahoviç, Aleş Mocnik Peric və Dejan Veselic iş başında olacaq. İtaliyalı Angelo Galante hakim-inspektor, serbiyalı Zoran Dimic UEFA nümayəndəsi kimi təyinat alıb.

Qeyd edək ki, sentyabrın 15-də Romeo Lamandidə oynanılacaq matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.


Вернуться назад