Главная > İdman > Messi: "ABŞ-a gəlməyi həyat yoldaşım və uşaqlarımla razılaşdırdıq"

Messi: "ABŞ-a gəlməyi həyat yoldaşım və uşaqlarımla razılaşdırdıq"


18-08-2023, 09:29. Разместил: azadses
ABŞ-ın "İnter Mayami" futbol komandasının hücumçusu Lionel Messi Amerika klubuna keçidini həyat yoldaşı və uşaqları ilə razılaşdırdığını bildirib.

Bu barədə “Report” “CBS News”a istinadən xəbər verir.

“Əvvəlcə istiyə və hər şeyə görə uyğunlaşmaq bir az çətin idi, amma indi özümü rahat hiss edirəm. Burada olmaqdan xoşbəxtəm. Olmaq istədiyim yer budur. Bura gəlmək ailəvi qərar idi. Həyat yoldaşım və uşaqlarımla razılaşdıq. Biz bu şəhəri sevirik və azarkeşlərin münasibətini bəyənirik. Əvvəldən bizi məhəbbət və yaxınlıqla qarşıladılar”, - Messi deyib.

Xatırladaq ki, Messi yay transferi pəncərəsində “İnter Mayami”yə keçib. Argentinalı cari mövsümdə altı matçda iştirak edib, doqquz qol vurub və bir məhsuldar ötürmə edib.


Вернуться назад