Главная > İdman > Konfrans Liqası: Azərbaycan klubları cavab matçını bu gün səfərdə keçirəcəklər

Konfrans Liqası: Azərbaycan klubları cavab matçını bu gün səfərdə keçirəcəklər


17-08-2023, 12:00. Разместил: azadses
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

“Report”un məlumatına görə, Azərbaycanın turnirdəki təmsilçiləri “Neftçi” və “Sabah” növbəti matçlarına çıxacaqlar.

Hər iki komanda rəqibi ilə səfərdə üz-üzə gələcək. “Neftçi” Türkiyədə “Beşiktaş”ın qonağı olacaq. Ötən həftə Bakıda 1:3 hesabı ilə məğlub olan “ağ-qaralar”ın İstanbulda bunun əvəzini çıxmaq şansı o qədər də yüksək deyil.

“Sabah” isə öz meydanında iki cavabsız qolla üstələdiyi Serbiya “Partizan”ı ilə Belqradda qarşılaşacaq. Murad Musayevin kollektivi avrokuboklardakı debüt mövsümündə daha bir mərhələ adlamağa yaxındır.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunları

22:00. “Beşiktaş” (Türkiyə) - “Neftçi” (Azərbaycan)

Baş hakim: Yulian Veynberger (Avstriya)

“Beşiktaş” stadionu, İstanbul

İlk oyun - 3:1

23:00. “Parizan” (Serbiya) - “Sabah” (Azərbaycan)

Baş hakim: Bartoş Frankovski (Polşa)

“Partizan” stadionu, Belqrad

İlk oyun - 0:2


Вернуться назад