Главная > İdman > Azərbaycan parataekvondoçusu Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycan parataekvondoçusu Avropa çempionatında qızıl medal qazanıb16-08-2023, 20:01. Разместил: azadses |
Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Avropa çempionatında qızıl medal qazanıb. "Report"un məlumatına görə, çempionat Niderlandın Rotterdam şəhərində keçirilib 80 kq (K44) çəki dərəcəsində çıxış edən idmançımız qızıl medal əldə edib. Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları turnirdə 10 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq), Xanım Hüseynova (cüdo, 70 kq) və İmaməddin Xəlilov (taekvondo, 70 kq, K44) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar. Вернуться назад |