Главная > İdman > “Yurqorden”in baş məşqçisi: “Musa Qurbanlının gəldiyi Azərbaycan çempionatı kifayət qədər yaxşı deyil”

“Yurqorden”in baş məşqçisi: “Musa Qurbanlının gəldiyi Azərbaycan çempionatı kifayət qədər yaxşı deyil”


15-08-2023, 19:32. Разместил: azadses
İsveçin “Yurqorden” klubunun baş məşqçisi Tomas Lagerlöf komandanın formasını geyinən Azərbaycan millisinin üzvü Musa Qurbanlı barədə danışıb.

Mütəxəssis zamanla forvarda daha çox şans veriləcəyini söyləyib:

“Musa Qurbanlının gəldiyi Azərbaycan çempionatı kifayət qədər yaxşı deyil. Onun hələ ümumi komanda ilə temp fərqi var. Sabiq komandası “Qarabağ” çox güclüdür, amma liqalarındakı digər iştirakçılar o qədər yaxşı deyillər. Ona görə də hazırda yüksək tempdə oynamaqda çətinlik çəkir. Uyğunlaşmaq üçün bir az zamana ehtiyacı var. Musa kifayət qədər şans əldə edir, avrokuboklarda “Lütsern”lə ev matçında da ilk dəqiqələrdən meydanda oldu. Ümid edirəm ki, məşqlərdə öz üzərində çalışmaqda davam edəcək. Biz onu növbəti oyunlarda daha çox görə biləcəyik”.
Qeyd edək ki, Musa Qurbanlı yay fasiləsində “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.

Mənbə: fotbollskanalen.se


Вернуться назад