Главная > İdman > Avropada günün maraqlı oyunları: “Real Madrid” və “Qalatasaray” meydana çıxır - AFİŞA

Avropada günün maraqlı oyunları: “Real Madrid” və “Qalatasaray” meydana çıxır - AFİŞA


12-08-2023, 18:28. Разместил: azadses
Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə, Fransa, İspaniya və Türkiyədə yenicə start götürən mövsümün ilk turunun matçları baş tutacaq.

İngiltərə Premyer Liqasında çempionluğa iddialı “Arsenal” öz meydanında “Nottinqem Forest”lə qarşılaşacaq. Görüş saat 15:30-da (Bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib - red.) start götürəcək. Ötən mövsümü yüksək səviyyədə keçirən “Nyukasl” ilk turda “Aston Villa”nın müqavimətini qırmağa çalışacaq.

Fransa Liqa 1-də son çempion PSJ də meydana çıxacaq. Komanda evdə “Loryan”ı sınağa çəkəcək. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək. Buna qədər isə “Marsel” saat 19:00-da başlayacaq oyunda “Reyms”dən güclü olmağa çalışacaq.

İspaniya La Liqasında favoritlərdən “Real Madrid” ilk oyununu keçirəcək. “Kral klubu” Bilbao “Atletik”inin qonağı olacaq. Oyunun start fiti saat 23:30-da səslənəcək.

Türkiyə Super Liqasında isə son çempion “Qalatasaray” meydana çıxacaq. “Aslanlar” saat 22:45-də başlayacaq səfər görüşündə “Kayserispor”un müqavimətini qırmağa çalışacaq.

Avropada günün maraqlı futbol oyunları

12 avqust

İngiltərə Premyer Liqası

15:30. “Arsenal” - “Nottinqem Forest”
20:30. “Nyukasl” - “Aston Villa”

Fransa Liqa 1

19:00. “Marsel” - “Reyms”

23:00. PSJ - “Loryan”

İspaniya La Liqası

23:30. “Atletik” - “Real Madrid”

Türkiyə Super Liqası

22:45. “Kayserispor” - “Qalatasaray”

Faiq Tahirov


Вернуться назад