Главная > İdman > Azərbaycanlı futbolçu Almaniya çempionatında növbəti qolunu vurub

Azərbaycanlı futbolçu Almaniya çempionatında növbəti qolunu vurub


7-08-2023, 16:06. Разместил: azadses
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov Almaniya çempionatında növbəti qolunu vurub.

“Report”un məlumatına görə, 32 yaşlı hücumçu Berlin “Dinamo”sunun heyətində Şimal-Şərq Regional Liqasının II turunun “Altqlinikke” ilə matçında fərqlənib.

O, səfər qarşılaşmasının 37-ci dəqiqəsində hesabı açıb. Lakin “Dinamo” meydanı məğlub tərk edib. Paytaxt təmsilçisinin iki üzvünün birinci hissədə qırmızı vərəqə almasından yararlanan ev sahibləri fasilədən sonra 3 qol vuraraq, 3:1 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, Rüfət Dadaşov çempionatın I turunda “Çvikkau” üzərində qazanılan 3:0 hesablı qələbəyə 1 qolla töhfə verib.


Вернуться назад