Главная > İdman > “İnter” İtaliya millisinin hücumçusunu transfer edib

“İnter” İtaliya millisinin hücumçusunu transfer edib


1-08-2023, 20:17. Разместил: azadses
İtaliyanın “İnter” klubu millinin futbolçusu Canluka Skamakkanı transfer edib.

“Report” xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, İngiltərənin “Vest Hem” klubunun hücumçusu “neradzurra” ilə 5 illik müqavilə imzalayacaq. 24 yaşlı oyunçunun yeni komandasında illik məvacibi 3,2 milyon avro təşkil edəcək. Hazırda klublar arasında danışıqların son mərhələsi gedir. “Vest Hem”in bu keçiddən təxminən 25-30 milyon avroluq gəlir götürməsi gözlənilir.

Qeyd edək ki, Canluka Skamakka 2022/2023 mövsümündə “Vest Hem”in heyətində bütün turnirlərdə keçirdiyi 27 oyunda 8 qol vurub.


Вернуться назад