Главная > İdman > "Fənərbağça" İtaliya klubunun futbolçusunu transfer edir

"Fənərbağça" İtaliya klubunun futbolçusunu transfer edir


31-07-2023, 12:01. Разместил: azadses
Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirir.

"Report” xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano tviter səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, İtaliya "Sassuolo"sunda çıxış edən Mert Müldür İstanbul təmsilçisinin formasını geyinəcək. Türkiyə millisinin üzvü üçün 3,5 milyon avro ödəniləcək. 24 yaşlı müdafiəçi axşam saatlarında İstanbulda olacaq.

Qeyd edək ki, Mert Müldür 2019-cu ildən "Sassuolo"nun formasını geyinir.


Вернуться назад