Главная > İdman > İtaliya “İnter”inin yetirməsi “Zirə”yə keçir

İtaliya “İnter”inin yetirməsi “Zirə”yə keçir


28-07-2023, 20:52. Разместил: azadses
İtaliyanın “İnter” klubunun yetirməsi Pyerr Zebli “Zirə”yə keçməyə hazırlaşır.

“Report”un əldə etdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə razılığa gəlib.

Son olaraq ötən mövsümü Bolqarıstan “Lokomotiv”ində (Plovdiv) keçirən orta sahə oyunçusunun “Zirə”yə keçidi tezliklə rəsmiləşəcək.

Qeyd edək ki, Pyerr Zebli “İnter” akademiyasının yetirməsi olsa da, əsas komandada çıxış etməyib. 2016-cı ildə Fil Dişi Sahilinin U-20 yığmasında çıxış etmiş yarımmüdafiəçi İtaliyada “Peruca”, “Askoli”, “Kattolik”, Belçikada “Genk”, Bolqarıstanda isə “Tsarsko” və “Lokomotiv”in formasını geyinib.


Вернуться назад