Главная > İdman > Azərbaycan çempionu növbəti transferini reallaşdırıb

Azərbaycan çempionu növbəti transferini reallaşdırıb


28-07-2023, 19:16. Разместил: azadses
Futzal üzrə “Araz-Naxçıvan” klubu növbəti transferini reallaşdırıb.

“Report”un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan çempionu hücum xəttini gücləndirib.

UEFA Çempionlar Liqasında çıxış edəcək komanda braziliyalı Erik Dannilo ilə anlaşıb. Baş məşqçi Vitali Borisovun istəyi ilə heyətə cəlb olunan futzalçı qarşıdakı mövsümdə “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

23 yaşlı “stolb” İspaniyanın “Peniskola” klubunda çıxış edib.


Вернуться назад