Главная > İdman > “Neftçi”nin yeni transferi: “Çempionluq qazanmaq istəyirəm”

“Neftçi”nin yeni transferi: “Çempionluq qazanmaq istəyirəm”


27-07-2023, 16:01. Разместил: azadses
“Neftçi” ilə çempionluq qazanmaq istəyirəm”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Yuri Matias “flashscore.ro” saytına müsahibəsində deyib.

Rumıniyanın ÇFR klubundan yay fasiləsində transfer edilən 28 yaşlı braziliyalı mərkəz müdafiəçisi başqa təkliflərinin olduğunu da etiraf edib: “Konkret olaraq üç təklifim var idi. Amma mən “Neftçi”yə keçməyi qərara aldım. Çünki bu, həm mənim, həm də ÇFR üçün yaxşı seçim oldu. “Neftçi” çempionluğa iddia etdiyi üçün bu klubu seçdim. ÇFR-də olarkən də belə idi”.

Qeyd edək ki, Yuri Matias “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.


Вернуться назад