Главная > İdman > Türkiyə klubu "Qarabağ"ın legionerini almaqdan imtina edib

Türkiyə klubu "Qarabağ"ın legionerini almaqdan imtina edib


26-07-2023, 12:01. Разместил: azadses
Türkiyənin "Rizespor" klubu "Qarabağ"ın futbolçusu Kevin Medinanın transferindən imtina edib.

"Report" "Ajansspor"a istinadən xəbər verir ki, Superliqa təmsilçisi 30 yaşlı müdafiəçinin prosesi uzatması səbəbindən bu addımı atıb.

Qeyd edək ki, daha əvvəl kolumbiyalı oyunçunun Qara dəniz təmsilçisi ilə anlaşdığı bildirilib. Medinanın "köhlən atlar"la müqaviləsinin müddəti 2024-cü ilin yayınadək qüvvədədir. O, 2020-ci ildən "Qarabağ"ın formasını geyinir.


Вернуться назад