Главная > İdman > Avropa çempionatı: Azərbaycan boksçusu italiyalı rəqibinə qalib gəlib
Avropa çempionatı: Azərbaycan boksçusu italiyalı rəqibinə qalib gəlib24-07-2023, 16:46. Разместил: azadses |
Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən gənclər arasında Avropa birinciliyinə qələbə ilə başlayıb. "Report"un məlumatına görə, 54 kq çəkidə mübarizə aparan idmançı Françesko Crucillanı (İtaliya) məğlub edib. O, 1/16 finalda baş tutan döyüşdə 3:2 (29:28, 29:28, 28:29, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Kərimli ikinci qarşılaşmasında şotlandiyalı Yakub Naismitlə üz-üzə gələcək. Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin dördüncü günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq. Вернуться назад |