Главная > İdman > "Qarabağ"ın avrokuboklardakı növbəti potensial rəqibləri bu gün bəlli olacaq

"Qarabağ"ın avrokuboklardakı növbəti potensial rəqibləri bu gün bəlli olacaq


24-07-2023, 10:05. Разместил: azadses
Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olacaq.

"Report"un məlumatına görə, "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan) cütü İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində səpələnmişlər səbətində yer alacaq.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Daha sonra, Azərbaycan çempionunun UEFA Avropa Liqasındakı mümkün rəqiblərinin də adına aydınlıq gələcək. Ağdam təmsilçisi "Rakuv" səddini keçə bilməsə, yoluna digər turnirdə davam edəcək.

Bu püşkatma isə bir saat sonra start götürəcək. "Qarabağ" burada ÇL-in ikinci ikinci təsnifat mərhələsinin 9 cütünün məğlublarından biri ilə üz-üzə gələcək.

Çempionlar yolu

Səpələnmişlər

Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan)

"Breydablik" (İslandiya) - «Kopenhagen» (Danimarka)

"Jalgiris" (Litva) - "Qalatasaray" (Türkiyə)

"Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan)

"Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina)

"Molde" (Norveç) - HİK (Finlandiya)

Səpələnməmişlər

"Luduqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya)

"Şerif" (Moldova) - «Makkabi» (Hayfa, İsrail)

"Aris" (Kipr) - BATE (Belarus)

"Sparta" (Praqa, Çexiya)

AEK (Yunanıstan)

«Kİ Klaksvik» (Farer adaları) - «Heken» (İsveç)

Liqa yolu

Səpələnmişlər

"Reyncers" (Şotlandiya)

"Braqa" (Portuqaliya)

PSV (Niderland)

"Marsel" (Fransa)

Səpələnməmişlər

“Servett” (İsveçrə) - “Genk” (Belçika)

“Ştrum” (Avstriya)

“Dnepr-1” (Ukrayna) - “Panatinaikos” (Yunanıstan)

TSÇ (Serbiya)


Вернуться назад