Главная > İdman > "Benfika"nın sabiq futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər

"Benfika"nın sabiq futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər


21-07-2023, 19:10. Разместил: azadses
Portuqaliyanın "Amore" klubundan ayrılan futbolçu Kalifo Balde karyerasını Azərbaycanda davam etdirə bilər.

"Report" "Record"a istinadən xəbər verir ki, ölkə təmsilçilərindən biri 23 yaşlı müdafiəçi ilə maraqlanır.

Nəşr həmin klubun adını açıqlamayıb. Qvineya-Bisaudan olan oyunçu Kipr və Portuqaliyadan da təkliflərinin olduğu bildirilib.

Qeyd edək ki, Kalifo Balde ötən ilin yayında "Amore"yə keçib. O, daha əvvəl "Benfika"nın U-19 və əvəzedicilərdən ibarət komandasında da çıxış edib.


Вернуться назад