Главная > İdman > “Rakuv”un futbolçusu: “Qarabağ”la “Linkoln” arasında fərq yoxdur"

“Rakuv”un futbolçusu: “Qarabağ”la “Linkoln” arasında fərq yoxdur"


19-07-2023, 20:11. Разместил: azadses
“Bizim üçün “Qarabağ”la “Linkoln” arasında fərq yoxdur. Rəqib kim olur-olsun, eyni ciddiyyətlə hazırlaşacağıq”.

“Report”un məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun futbolçusu Bartoş Novak UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri barədə danışarkən deyib.

I mərhələdə Estoniya təmsilçisi “Flora”nı (1:0, 3:0) üstələdiklərini xatırladan 30 yaşlı yarımmüdafiəçi növbəti raundda da uğurlu nəticə üçün əllərindən gələni edəcəklərini söyləyib: “Flora” ilə cavab matçında daha yaxşı görünürdük. Düşünürəm ki, oyundan-oyuna forma yığacağıq. Çempionlar Liqasının hər növbəti mərhələsində adrenalin daha çox olur. “Qarabağ” və ya “Linkoln”la düşməyimizdən asılı olmayaraq, II mərhələdə bundan da yaxşı oynamaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ”la Cəbəllütariq klubu “Linkoln” arasında I təsnifat mərhələsinin cavab oyunu bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək. Cəbəllütariq ilk qarşılaşmada Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.


Вернуться назад