Главная > İdman > Adrian Mutu: “Spartak”la oyunda nəticə qədər fiziki formamız da əhəmiyyətlidir"

Adrian Mutu: “Spartak”la oyunda nəticə qədər fiziki formamız da əhəmiyyətlidir"


18-07-2023, 18:31. Разместил: azadses
“Spartak”la oyunda nəticə qədər fiziki formamız da bizim üçün əhəmiyyətlidir".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu Rusiyada Moskva "Spartak"ına qarşı keçirəcəkləri yoxlama oyunu barədə "Sport-express"ə açıqlamasında deyib.

44 yaşlı mütəxəssis bu görüşdə taktiki hazırlıqlarını inkişaf etdirmək istədiklərini bildirib.

Rumıniyalı baş məşqçi meydanda olduqları hər dəqiqədən maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb: “Rəqibin bir neçə matçını izləmişəm. Necə oynadıqlarını, hansı potensiala sahib olduqlarını bilirəm. Bu, əla komandadır. Üstəlik, böyük büdcələri var. Amma öz oyunumuzu düşünməliyik. Hələ üzərində işləməli olduğumuz çox şey var. Bizi futbolçularımızın formaya düşməsi maraqlandırır. Yaxşı matç olacaq. Qarşılaşmanın hər dəqiqəsindən ən yaxşı şəkildə yararlanmağa çalışacağıq. Son günlərdə üzərində işlədiyimiz plana saqiq qalmağımız vacibdir. Hər şey yaxşı olacaq".

Qeyd edək ki, bu gün oynanılacaq "Spartak" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Вернуться назад