Главная > İdman > Lebron Ceyms karyerası ilə bağlı yekun qərarını açıqlayıb

Lebron Ceyms karyerası ilə bağlı yekun qərarını açıqlayıb


13-07-2023, 11:59. Разместил: azadses
ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceymsin karyerası ilə bağlı yekun qərarı bəlli olub.

"Report"un məlumatına görə, 39 yaşlı oyunçu açıqlamasında yaxın vaxtlarda idmanı tərk etməyi planlaşdırmadığını söyləyib.

"Oyuna hər şeyimi verə bilməyəcəyim gün basketboldan ayrılacağam. İndi sizi sevindirəcəyəm, belə gün hələ gəlməyib", - deyə məşhur basketbolçu bildirib.

Qeyd edək ki, Lebron Ceyms 2022/2023 mövsümündə 56 oyun keçirib. O, orta hesabla 28,9 xal, 8,3 ribaund və 6,8 məhsuldar ötürmə ilə yadda qalıb. 2003-cü ildən peşəkar karyerası davam edən təcrübəli oyunçu 4 dəfə NBA çempionu olub.


Вернуться назад