Главная > İdman > Avropa çempionatı: Azərbaycanın basketbol millisi növbəti oyununu keçirəcək

Avropa çempionatı: Azərbaycanın basketbol millisi növbəti oyununu keçirəcək


11-07-2023, 09:23. Разместил: azadses
20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, yığma B Divizionunun C qrupunda Kosovo kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycan komandası əvvəlki matçlarda Ukrayna və İsveçə, rəqib isə Gürcüstanla İsveçə yenilib.


Вернуться назад