Главная > İdman > Hamilton Mixael Şumaxerin rekordunu qırdı

Hamilton Mixael Şumaxerin rekordunu qırdı


10-07-2023, 19:12. Разместил: azadses
“Mercedes” komandasının pilotu Lyuis Hamilton Silverstounda üçüncü yeri tutaraq yeni nailiyyətə imza atıb.

O, karyerası ərzində eyni Qran Pridə 13-cü dəfə podiuma qalxıb. Bununla da Lyuis yeddiqat “Formula-1” çempionu Mixael Şumaxerin rekordunu üstələyib.

Alman pilot San Marino, İspaniya və Kanada Qran Prilərinin hər birində 12 dəfə podiuma çıxıb.
Mənbə: sports.ru


Вернуться назад