Главная > İdman > "Match TV" turniri: "Neftçi" bu gün Serbiya nəhəngi ilə qarşılaşacaq
"Match TV" turniri: "Neftçi" bu gün Serbiya nəhəngi ilə qarşılaşacaq8-07-2023, 15:12. Разместил: azadses |
Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" bu gün "Match TV" beynəlxalq turnirində ikinci oyununu keçirəcək. "Report"un məlumatına görə, hazırda baş məşqçisiz olan "ağ-qaralar" Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşacaq. Sankt-Peterburqdakı "Smena" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək. "Match TV" turniri 8 iyul 20:30. "Neftçi" (Azərbaycan) - Hakimlər: Artyom Lyubimov, Rəşid Abusuyev, Dmitri Yermakov Var hakimi: Nikolay Voloşin Sankt-Peterburq, "Smena" stadionu Qeyd edək ki, "Neftçi" turnirdə keçirdiyi ilk oyunda Rusiya "Zenit"inə 1:3 hesabı ilə uduzub. Paytaxt klubu son matçında Türkiyə "Fənərbağça"sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq. Вернуться назад |