Главная > İdman > Azərbaycanın qadın güləşçiləri iki fərqli məkanda təlim-məşq toplanışındadır

Azərbaycanın qadın güləşçiləri iki fərqli məkanda təlim-məşq toplanışındadır


7-07-2023, 23:04. Разместил: azadses
Güləş üzrə Azərbaycan milliləri qarşıdakı məsul yarışlara hazırlığı davam etdirirlər.

Federasiyadan "Report"a verilən məlumata görə, qadınlardan ibarət yığmanın üzvləri 2 fərqli məkanda məşq keçirlər.

Komandanın bir neçə üzvü baş məşqçi Semyon Şterevin rəhbərliyi altında Bolqarıstanın Belmeken şəhərində təlim-məşq toplanışındadır. İyulun 5-də start götürən hazırlıq prosesi 20 gün davam edəcək. Qadın güləşçilər daha sonra “Poland Open” turnirində iştirak etmək üçün Varşavaya yollanacaqlar.

Əsas millinin digər, o cümlədən, U-20 və U-17-nin üzvləri böyük məşqçi Toğrul Əsgərov, məşqçilər Rövşən Umudov, Ağahüseyn Mustafayev və Solmaz Adilovanın rəhbərliyi altında Göygöldə toplanış keçirlər.

İyulun 2-də fiziki hazırlığın yüksəldilməsi məqsədilə startı verilən hazırlıq prosesi 2 həftə davam edəcək.


Вернуться назад