Главная > İdman > Futzal üzrə Azərbaycan çempionu ilk transferini gerçəkləşdirib

Futzal üzrə Azərbaycan çempionu ilk transferini gerçəkləşdirib


7-07-2023, 15:46. Разместил: azadses
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.

Azərbaycan Futzal Federasiyasından "Report"a verilən məlumata görə, ölkə çempionunun mövsümlərarası fasilədə ilk transferi serbiyalı oyunçu olub.

Ninoslav Aleksiç qarşıdakı 1 il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Serbiya millisinin də üzvü olan 28 yaşlı forvard son olaraq ölkəsində “Ekonomaç”ın formasını geyinib.


Вернуться назад