Главная > İdman > "Qarabağ"ın legioneri: "Linkoln"la oyunlar çox çətin olacaq"

"Qarabağ"ın legioneri: "Linkoln"la oyunlar çox çətin olacaq"


6-07-2023, 09:15. Разместил: azadses
"Linkoln"la oyunlar çox çətin olacaq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Julio Romao Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisinə qarşı keçirəcəkləri matçlar barədə danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində uğur qazanmaq istədiklərini bildirib: "Bu, hər hansı bir turnir deyil. Qələbə qazanmaq üçün mümkün qədər konsentrasiyalı olmalıyıq. Yarışı səbirsizliklə gözləyirik. Çempionlar Liqasında qrup mərhələsinə düşmək üçün dörd mərhələdən keçməliyik. Bu, uzun yoldur. Amma ümid edirəm ki, məqsədə çatacağıq".

Qeyd edək ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.


Вернуться назад