Главная > İdman > UEFA "Roma" klubunu cərimələyib

UEFA "Roma" klubunu cərimələyib


4-07-2023, 08:40. Разместил: azadses
UEFA İtaliyanın "Roma" klubunu 5 milyon avro məbləğində cərimələyib.

"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, buna paytaxt təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub.

Klub iyunun 30-dək 28 milyon avrodan çox kapital qazana bilmədiyi üçün cəza ilə üzləşib.

Bildirilib ki, "canavarlar" daha ciddi sanksiyalarla - avrokuboklardan kənarlaşdırma və 50 milyon avroyadək cərimə ilə də hədələnib.

Qeyd edək ki, "Roma" başa çatan mövsümdə UEFA Avropa Liqasının finalında İspaniyanın "Sevilya" komandasına 1:2 hesabı ilə uduzub.


Вернуться назад