Главная > İdman > Azərbaycanın basketbol klubu 18 illik fasilədən sonra avrokuboklarda çıxış edəcək

Azərbaycanın basketbol klubu 18 illik fasilədən sonra avrokuboklarda çıxış edəcək


3-07-2023, 15:43. Разместил: azadses
Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün çempionu "Sabah" BK ölkəni 2023/2024 mövsümündə FIBA Avropa Kubokunda (FIBA EUROPA CUP) təmsil edəcək.

"Report"un məlumatına görə, yarışın püşkatma mərasimi avqustun 8-i Almaniyanın Münhen şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan sonuncu dəfə avrokuboklarda 2005/2006 mövsümündə "Qala" komandası ilə təmsil olunub.


Вернуться назад