Главная > İdman > Portuqaliya klubundan ayrılan müdafiəçi "Qəbələ"yə keçə bilər
Portuqaliya klubundan ayrılan müdafiəçi "Qəbələ"yə keçə bilər27-06-2023, 11:10. Разместил: azadses |
Braziliyalı futbolçu Lukas Afriko karyerasını Azərbaycanda davam etdirə bilər. "Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Qəbələ" 28 yaşlı müdafiəçi ilə maraqlanır. 2021-ci ildən Portuqaliyada "Eştoril"in formasını geyinən oyunçunun hazırkı komandası ilə müqaviləsi başa çatıb. "Qırmızı-qaralar"dan başqa Avropanın bir neçə klubu da Lukas Afriko ilə maraqlanır. Futbolçunun taleyi yaxın günlərdə həll olunacaq. Вернуться назад |