Главная > İdman > "Qalatasaray" dünya çempionu ilə anlaşıb

"Qalatasaray" dünya çempionu ilə anlaşıb


26-06-2023, 20:00. Разместил: azadses
Türkiyənin "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirir.

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransa PSJ-sində çıxış edən Leandro Paredeslə anlaşıb.

Keçid gerçəkləşsə, "sarı-qırmızılar"ın Lukas Torreyranı İtaliyanın "Latsio" klubuna sata biləcəyi bildirilir.

Qeyd edək ki, Leandro Paredes son olaraq icarə əsasında "Yuventus"un formasını geyinib. Argentina millisinin üzvü ötən il Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.


Вернуться назад