Главная > İdman > Asiya Boks Konfederasiyası Beynəlxalq Boks Assosiasiyasını tərk edə bilər

Asiya Boks Konfederasiyası Beynəlxalq Boks Assosiasiyasını tərk edə bilər


25-06-2023, 12:24. Разместил: azadses
Asiya Boks Konfederasiyası Beynəlxalq Boks Assosiasiyasını (IBA) tərk etmək niyyətindədir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Konfederasiyasının İdarə Heyətinin Banqkokda keçirilən iclasında bildirilib.

Asiya Boks Konfederasiyası tələb olunan islahatları həyata keçirmədiyinə görə BOK-un tanınmasından məhrum edildikdən sonra Beynəlxalq Boks Assosiasiyasından çıxmaq niyyətindədir.

Builki boks üzrə Asiya çempionatı isə növbəti xəbərdarlığa qədər təxirə salınıb.

Əvvəllər bir neçə ölkə IBA-dan çıxıb və World Boxing adlı federasiya yaradıb.


Вернуться назад