Главная > İdman > III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün beş növdə çıxış edəcəklər
III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün beş növdə çıxış edəcəklər25-06-2023, 07:58. Разместил: azadses |
Polşada təşkil olunan III Avropa Oyunları davam edir. "Report"un məlumatına görə, yarışın altıncı günündə Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar. Muay-tay və qılıncoynatmada dörd, atıcılıq və boksda üç, taekvondoda isə iki idmançı qüvvəsini sınayacaq. 25 iyun Atıcılıq 11:00. Regina Meftahətdinova, Nurlana Cəfərova (skit) 11:15. Nigar Nəsirova (25 metr məsafədən tapança ilə atəşaçma) Taekvondo Qadınlar 11:36. 67 kq. 1/8 final. Fəridə Əzizova - Atanasia Mitsopoulou (Yunanıstan) Kişilər 12:35. 74 kq, 1/8 final. Eltac Qafarov - Lukaş Çudnoç (Polşa) Qılıncoynatma 15:00. Kişilər, sablya, qrup mərhələsi (Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev) Boks 15:45. Kişilər, 63,5 kq, 1/8 final. Malik Həsənov – Din Klinsi (İrlandiya) 16:15. Kişilər, 71 kq, 1/16 final. Sərxan Əliyev – Mixal Takacs (Slovakiya) 17:15. Kişilər, +92 kq, 1/16 final. Məhəmməd Abdullayev – Uğur Aydemir (Türkiyə) Muay-tay Kişilər 16:25. 67 kq, 1/4 final. Xəyal Əliyev – Giorgi Kleyn (Gürcüstan) 18:10. 71 kq, 1/4 final Məhəbbət Hümbətov – Yakub Rajevski (Polşa) Qadınlar 19:10. 57 kq, 1/4 final. Aysun Dərvişova – Zelyana Pitesa (Xorvatiya) 20:10. 63,5 kq, 1/4 final. Emiliya Rzayeva – Nora Kornoll (Fransa) Вернуться назад |