Главная > İdman > “Qəbələ”nin futbolçusu Rumıniya klubu ilə müqavilə imzalayıb

“Qəbələ”nin futbolçusu Rumıniya klubu ilə müqavilə imzalayıb


24-06-2023, 14:52. Разместил: azadses
“Qəbələ”dən ayrılan futbolçu İsnik Alimi Rumıniya klubu ilə müqavilə imzalayıb.

“Report” xəbər verir ki, şimali makedoniyalı yarımmüdafiəçi karyerasını “Sepsi”də davam etdirəcək.

Rumıniya təmsilçisi rəsmi saytı vasitəsilə 29 yaşlı oyunçu ilə münasibətlərin rəsmiləşdiyini açıqlayıb.

Qeyd edək ki, 2021-ci ildən indiyə qədər “Qəbələ”də çıxış edən İsnik Alimi ötən mövsüm Premyer Liqada 34 oyun keçirib, aktivinə 9 qol yazdırıb.


Вернуться назад