Главная > İdman > III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün üç növdə çıxış edəcəklər
III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün üç növdə çıxış edəcəklər24-06-2023, 07:51. Разместил: azadses |
Polşada təşkil olunan III Avropa Oyunları davam edir. "Report"un məlumatına görə, yarışın beşinci günündə Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar. Atıcılıqda iki idmançı fərdi növdə, eyni zamanda, qadınlardan ibarət komanda qüvvəsini sınayacaq. Millinin üç boksçusu rinqə çıxacaqsa, taekvondoçu Cavad Ağayev medal qazanmağa çalışacaq. Atıcılıq 11:00. Regina Meftəhəddinova, Nurlana Cəfərova (skit) 13:00. Nərimə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda (10 m məsafəyə pnevmatik tapançadan atəş açma) Taekvondo 13:36. Kişilər: Cavad Ağayev (68 kq) Boks Qadınlar 20:15. 54 kq, 1/16 final Zeynəb Rəhimova – Lenuta Periyoç (Rumıniya) Kişilər 20:45. 80 kq, 1/16 final Murad Allahverdiyev – Kevin Şumann (Almaniya) 22:15. 92 kq, 1/16 final Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail) Qeyd edək ki, Azərbaycan komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada 10-cu pillədə qərarlaşıb. III Avropa Oyunları iyulun 2-də başa çatacaq. Вернуться назад |